Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıldı. MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.
MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər.
MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.
Namizədliyi irəli sürmək üçün tələblər:
Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix 15 iyun 2021-ci ildir.
Müraciət üçün sənədlər azngoforum@gmail.com e-poçt ünvanına göndərilməlidir.
MQF-nin X Qurultayının 1 ay müddətində keçirilməsi qərara alınmışdır.
Qeyd: MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.
Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq)
Əlaqə: 012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15
e-mail: azngoforum@gmail.com
Sənədlər Əlavə olunur:
Əlil Təşkilatları İttifaqı