Bu ilin altı ayı ərzində dövlət qeydiyyatına alınan Qeyri-kommersiya qurumlarının sayı açıqlanıb.
QHT.az-ın məlumatına görə, “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəis əvəzi Aslan Hacıyev bildirib ki, I yarımildə 76 Qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb və ümumilikdə dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumlarının sayı 4766-ya çatıb.
Bu qurumların 3332-si ictimai birlik, 209-u fondlar, 56-sı siyasi partiya, 1169-u isə digər qeyri -kommersiya qurumlarıdır.
Əlil Təşkilatları İttifaqı