Hamı üçün layiqli iş


Hamı üçün layiqli iş

      Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ)  “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi üzrə 26 – 27 –ci il tarixlərdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində bölgədə olan əlilliyi olan şəxslər və şirkət nümayəndələri üçün  

ÖZƏL ŞIRKƏTLƏRDƏ ƏLILLIYI OLAN ŞƏXSLƏR ÜÇÜN MÜYƏSSƏR MÜHİTİN YARADILMASI İLƏ MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASINA DƏSTƏK

mövzusunda seminar-təlimlər keçirilmişdir. Tədbirlərdə əlilliyi olan şəxslərə əmək bazarına çıxış qaydaları, özəl şirkətlərə isə əlilliyi olan əxslərin işə götürülməsi, məşğulluğun təmin olunması qaydaları və tövhələri barədə məlumatlar verilmişdir.

      Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru cənab Qalib Nəbiyevlə əlilliyi olan şəxslərin peşə təhsilinə cəlb olunmasını təmin etmək üçün əməkdaşlıq əsələləri müzakirə olunmuş və bunun üçün Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi ilə Əlil Təşkilatları İttifaqı arasında Memorandumun bağlanması qərara alınmışdır.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 

 

 

 

 

 

 

 

 

 


 






Tarix:27/8/2021     old.udpo.az saytı Geri