“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub


“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan
“Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların
məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005 vakansiya təqdim ediblər.
 
Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə
iştirakçılarından artıq 1550-dən çox şəxs işlə təmin olunub.
Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. 
 
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq
marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq
istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri
haqqında məlumatları 
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:23/1/2022     old.udpo.az saytı Geri