Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı sizi “Sosial sahibkarlıq siyasətləri – qlobal mənzərə” adlı vebinara qoşulmağa dəvət edir. İki saat davam edəcək tədbir sosial sahibkarlıqla bağlı anlayışlar və biznes modellərindən tutmuş, siyasətlərin hazırlanmasında qarşıya çıxan çətinliklər və nümunəvi təcrübələrə qədər sosial sahibkarlığın müxtəlif aspektlərini əhatə edəcək.
Aşağıdakılar barədə daha geniş təsəvvür qazanmaq üçün tədbirə qoşula bilərsiniz:
Bu tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində sosial sahibkarlıqla bağlı təşkil olunacaq silsilə vebinarlardan birincisidir. Vebinar beynəlxalq ekspertlər qrupu tərəfindən “Zoom” platforması vasitəsilə keçiriləcək. Vebinarın ilkin gündəliyi əlavə edilir.
Əlil Təşkilatları İttifaqı