“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tədbir keçirib


Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Martın 31-də “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsi çərçivəsində 31 mart-Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.Tədbirdə müxtəlif diaqnozlardan əziyyət çəkən uşaqlar iştirak etmişdir. Layihədə  psixoloq kimi çalışan Elnurə Şirinova hər bir uşağın anlayacağı tərzdə   ermənilərin  xalqımızın başına gətirdiyi müsibətlər haqda məlumat vermişdir.Uşaqlar mövzu  ilə bağlı  təsəvvür etdiklərini öz çəkdikləri rəsmlərdə  canlandırmışlar. Sonda QHT rəhbəri Zeynəb Hacıyeva uşaqların əl işləri ilə tanış olmuş və hər birini alqışlamışdır. 

 

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:31/3/2022     old.udpo.az saytı Geri