Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar. 
Finalda Bəhruz Mirzəyev ukraynalı Artem Kolinko, Sona Ağayeva isə portuqaliyalı Ana Correia ilə qarşılaşacaq.
Digər idmançımız Orxan Kərimov (BC-2) bürünc medal uğrunda çexiyalı Josef Zabka  ilə mübarizə aparacaq.
Final mərhələsi 07 aprel 2022-ci il tarixində saat 19.00-da, bürünc medal uğrunda qarşılaşmalar isə 18.00-da başlayacaq.
Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
İdmançılarımıza uğurlar arzulayırıq!
 
 
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:7/4/2022     old.udpo.az saytı Geri