Reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib


I rübün göstəriciləri

 

Reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən

çox şəxsə xidmətlər göstərilib

 

Əlilliyi olan şəxslərə bu dövrdə 13,1 min reabilitasiya vasitəsi verilib

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib.

Onlar effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Həmin dövrdə Agentlik əlilliyi olan şəxsləri 13,1 min reabilitasiya vasitəsi ilə də təmin edib.

Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı sahəsində 2020-ci ilin dekabr ayından başlanan  işlər cari ilin ilk rübündə də davam edib. Ümumilikdə həmin vaxtdan  270  nəfər müharibə əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı  - “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq 3,8 minə yaxın şəxs bu sistemdən faydalanıb.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:21/4/2022     old.udpo.az saytı Geri