Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz


DSMF-dən yeni e-xidmət:

Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq

onlayn rejimdə görə bilərsiniz

 

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

ü əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

ü hamiləliyə və doğuma görə,

ü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

ü uşağın anadan olmasına görə,

ü dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı üraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənə bilərsiniz.

Bunun üçün:

ü e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;

ü Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı  - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

Video linki: https://youtu.be/eXfPSLQck18

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:4/7/2022     old.udpo.az saytı Geri