Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.


 

 

 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsini 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyalarılayihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Azərbaycanda biznes və professional assosiasiyalarının fəaliyyətinə dəstək olmaqdır. Azərbaycan Mikromaliyyə Assosiasiyası layihənin icraçısı, Əlil Təşkilatları İttifaqı, SEEP   FSIC təşkilatları layihənin partnyorlarıdırlar.

Əlil Təşkilatları İttifaqının layihə çərçivəsində əsas məqsədi layihə fəaliyyətlərində inklüzivliyin təmin olunması, müvafiq hüquqi-normativ bazanın monitorinqi, ekspert xidmətlərinin göstərilməsi, biznes və profesional assosiasiyalar üçün inklüzivlik və müyəssərlik sənədinin hazırlanması, “Əlilliyin dərki”, “Universal Dizayn”, “Korporativ sosial məsuliyyət” mövzularında təlimlərin aparılması, əlilliyi olan şəxslərin və onların müvafiq təşkilatlarının biznes assosiasiyalarında iştirakını təşviq etməkdən ibarətdir. Fəaliyyətlərin icrasına ƏTİ-yə üzv müvafiq təşkilatlar və onların ekspertlərinin cəlb olunması nəzərdə tutulmuşdur.

İcra müddəti 3 il olan layihənin, Bakıda və regionlarda həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

 

 

 




Tarix:4/7/2022     old.udpo.az saytı Geri