Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı müzakirə olunub.


Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı müzakirə olunub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi arasında Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı ilə  (2022-2025) bağlı video formatda müzakirə keçirilib.
 
Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, nümayəndəliyin əməkdaşları Pərviz Rüstəmov, Tale Əliyev, Agentliyin məsul əməkdaşları  Elnur Bağırlı, Toğrul Məmmədli iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. 
 
2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planı 22 prioritet istiqaməti əhatə edir. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı, insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr təsbit olunub.
 




Tarix:4/7/2022     old.udpo.az saytı Geri