Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır.
Əlavə məlumat üçün Agentliyin Aparatının əməkdaşları Xatirə Bəşirovaya (0503413771), Ülkər Süleymanovaya (0556986232), Agentliyin rəsmi sosial şəbəkə hesablarına və ya office@ngoagency.gov.az mail ünvanına müraciət edə bilərsiniz.
Əlil Təşkilatları İttifaqı