“Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı tədbir - Yasamal


Press-reliz

26 Oktiyabır 2022-ci il tarixində,Əlil Təşkilatlar İttifaqının baş ofisində “İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yasamal rayonunda yaşıyan Sosial qrupdan olan az təminatlı vətəndaşlara “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı tədbiri keçirildi.

   Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu  rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 3 ay davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

 Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.

Tədbirdə  ƏƏSMN-nin tabeliyində DMA-nin  BRMF-in təhlil və tərəflaşlarla iş şöbəsinin baş mütəxəsisi Zəhra Nəsirova,ƏƏSMN-nin tabeliyində SXA-nin əməkdaşı Ağayev Cehun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı KOB Dostu Səyid Abasov, DOST Agentliyinin mütəxəsisi Ərşad Qurbanov, ,ƏLİL Təşkilatlar İttifaqının Prezdenti Davud Rəhimli  və  əlilliyi olan şəxslər ,Şəhid ailələri,Vetranlar  iştirak etdilər.

Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, Dövlət Məşğulluq Agentliyinin və ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamentinin işsizlikdən sığorta şöbəsinin nümayəndələri müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları  ətrafında müzakirələrlə  davam  etdirilib.   

Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:26/10/2022     old.udpo.az saytı Geri