Bütün gənclər kimi əlilliyi olan gənclər də işləmək və uğur qazanmaq ümidi ilə böyüməlidirlər.
Çün ki, Hekayələrimiz fərqli olsa da Bİz Birik!
Sosial çarx Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində hazırlanıb.
Sosial çarxın çatdırdığı mesaj əlilliyi olan insanlara şans verildikdə və həyatlarında bir nəfər belə onlara istədiklərinə nail ola biləcəklərini söylədikdə öz bacarıqlarını ortaya qoya bildiklərini göstərir. Sadəcə "bacararsan" kəlməsi ilə ətrafınızdakı əlilliyi olan şəxslərə uğur qazanmaları üçün motivasiya verə bilərsiniz.
Layihə rəhbəri: Amid Həsənquliyev
Rejissor: Xaqani MOM