QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ


Dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğu maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə yeni cərimələr müəyyənləşir.

QHT.az APA -ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmamasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.

 

Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 598.2. maddəsinə görə:

Məcəllənin 598.1-ci maddəsində (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına) nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Əlil Təşkilatları İttifaqı

 

 




Tarix:5/12/2022     old.udpo.az saytı Geri