Əlil Təşkilatları İttifaqının vətəndaş cəmiyyəti, qeyri - hökumət təşkilatlarının nümayəndələri və ictimai fəalların Laçın - Şuşa yolunda keçirdiyi etiraz aksiyaları ilə bağlı Bəyanatı


Əlil Təşkilatları İttifaqının

vətəndaş cəmiyyəti, qeyri - hökumət təşkilatlarının nümayəndələri və ictimai fəalların Laçın - Şuşa yolunda keçirdiyi etiraz aksiyaları ilə bağlı

Bəyanatı   

Ermənistan Azərbaycan əraziilərinin işğalı nəticəsində etnik təmizləmə, tarixi, mədəni abidələrin, yaşayış yerlərinin talan və viran etməsi ilə yanaşı 30 ilə yaxın müddət ərzində ekoloji teror törədərək ekologiyaya ciddi zərər vurulmuşdur. Azərbaycan təbiətinə, bitki və heyvan aləminə qarşı törədilən terror nəticəsində bir çoxtəbii müxtəliflik nümunələri məhv edilmişdir.

2020-ci ildə Azərbaycan qanuni əraziləri üzərində suveren hüquqlarını bərpa etdikdən sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında bərpa, yenidənqurma işləri ilə bərabər ekoloji vəziyyətin monitorinqi və bunun əsasında ekoloji bərpa işlərinin görülməsinə başlamışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarına yol verilməsi aşkarlanmışdır.

Bunu nəzərə alaraq Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşiblər.

Azərbaycanda vətəndaş cəmiyyəti ekoloji fəsadlara səbəb olan bu hallara etirazlarını bildirmək üçün qanunvericiliyin yol verdiyi qaydalar çərçivəsində Laçın - Şuşa yolunda dinc aksiya təşkil edərək narazılıqlarını bildirirlər.

Yolun vətəndaş cəmiyyəti fəalları tərəfindən bağlanması ilə əlaqədar yayılan məlumatların heç bir əsası yoxdur və yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst hərəkət edə bilərlər.

Bunları nəzərə alaraq Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin ekoloji vəziyyətlə əlaqədar Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinqlərin aparımasına şəraitin yaradılmamasını, Azərbaycan qanunvericiliyinə riayət olunmaqla keçirilən aksiya mane olmasını pisləyir, mandatları üzrə vəzifələrinin yerinə yetirilməsini tələb edirik.

 Azərbaycan vətəndaş cəmiyyətinin bir hissəsi olaraq Əlil Təşkilatları İttifaqı həmkarlarımız olan vətəndaş cəmiyyətinin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallarının haqq səsinə səs verir, mövcud aksiyasını dəstəkləyir, imkanlarımız yol verdiyi qədər iştirakımızı təmin edirik.

Dünya ictimaiyyətini, beynəlxalq təsisatları, vətəndaş cəmiyyəti və  qeyri-hökumət təşkilatlarını ekoloji terror hallarına son qoyulmasına çağırırıq.

Azərbaycan Respublikası

Əlil Təşkilatları İttifaqı

13 dekabr 2022-ci il

   




Tarix:13/12/2022     old.udpo.az saytı Geri