Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə 9,9 milyon müraciət olub


2022-ci ilin sosial göstəriciləri

 

Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə

9,9 milyon müraciət olub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb.Ötən il e-təyinatlar davam edib, 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsi hesab açılıb. 

 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Son bir ildə bu istiqamətdə proaktiv qaydada 17,7 min təyinat həyata keçirilib.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon, servislər üzərindən mübadilə sayı 17,8 milyon olub.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:11/1/2023     old.udpo.az saytı Geri