QHT Agentliyi qrant müsabiqəsi elan etdi - ELAN
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.
Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin
ELANI
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) QHT-ləri “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.
Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
· Qərbi Azərbaycanlılarının pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
· “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər;
· Qərbi Azərbaycan haqqındam tarixi həqiqətlərin araşdırılması və təbliği istiqamətində təşəbbüslər;
· Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsinin tanıdılması istiqamətində multimedia məhsullarının istehsalı, elektron resursların yaradılması;
· Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətində təşəbbüslər;
· Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği ;
· Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslər;
· Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği;
· Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması;
· Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi – memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində təşəbbüslərin dəstəklənməsi;
· Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin) ictimai vəkillik təşəbbüsləri
Layihələrin müddəti
· Layihələrin müddəti 6 aya qədər (layihələr 1 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır) ola bilər.
Qrantın məbləği
· Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 30 000 (otuz min) manatdır.
QHT üçün tələblər
· Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
· Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
· Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:
· Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
· layihənin ideyasının düzgün əsaslandırılması;
· layihənin məqsəd və vəzifələrinin aydınlığı;
· layihənin mövzusunun aktuallığı;
· layihənin innovativliyi;
· layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
· layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
· maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
· QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
· layihə üzrə risklərin təhlili;
· layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
· layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
· layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
· müsabiqədə iştirak edəcək QHT-lərin 1 aprel 2023-cü ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;
· Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
· QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
· Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar
· Ərizə forması (elektron forma elana əlavə olunur),
· Layihə təklifi (elektron forma elana əlavə olunur),
· Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
· Xərclər smetası (elektron forma elana əlavə olunur),
· Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
· Reyestrdən çıxarış,
· Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
· VÖEN (sənədin hər iki üzü),
· QHT-nin bank rekvizitləri,
· QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
· QHT rəhbərinin CV-si
· QHT-nin mühasibinin CV-si.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
· Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
· Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;
QEYD:
· Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.
Müsabiqənin prosedur qaydaları
Müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixindən – 02 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 fevral 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.
Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:
https://us02web.zoom.us/j/86096911527?pwd=YmlnVXB2ZUxZYUFPZzZxZFBFblFDUT09
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Ülkər Süleymanovaya müraciət etmək olar:
ulkarsuleymanova@ngoagency.gov.az,
01. Müsabiqə elanı - Qərbi Azərbaycan.doc
Əlil Təşkilatları İttifaqı