Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsini elan edib. 

Bu müsabiqə çərçivəsində Agentlik müsabiqə ilə bağlı bəzi dəyişikliklər edib.

Beləki, müsabiqəsnin maksimum məbləği 15 min manata qaldırılıb.

Eyni zamanda yeni qeydiyyatdan keçmiş QHT-lər üçün 5 000 manat limiti də aradan qaldırlıb. 

 

Layihələrin müddəti
•    Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır (layihələr 15 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır). 

Qrantın məbləği
•    Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 15 000 (on beş min) manatdır. 

QHT üçün tələblər
•    Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
•    Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
•    Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
•    Müsabiqədə iştirak edəcək QHT-lərin Agentlik qarşısında debitor borcu (öhdəliyi) 01 may 2023-cü ilədək yekunlaşmalıdır;
•    Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olunmalıdır. 

 

Əlil Təşkilatları İttifaqı 

 




Tarix:17/2/2023     old.udpo.az saytı Geri