İnstitut QHT-lərin nəşrlərinin e-kitabxanaya daxil edilməsini təklif edir


 

İnstitut QHT-lərin nəşrlərinin e-kitabxanaya daxil edilməsini təklif edir

Hörmətli qeyri-hökumət təşkilatlarının nümayəndələri!

Hüquq və İnsan Haqları İnstitutu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə “Hüquq və insan haqları virtual kitabxanası” yaratmışdır. 
 

Virtual kitabxanada Azərbaycanlı hüquqşünas alimlərin və tədqiqatçıların hüququn müxtəlif sahələrinə aid kitabları, monoqrafiyaları, məqalələri və hesabatları yer alıb.
Qeyri-hökumət təşkilatları tərəfindən hüquq və insan haqlarına dair müvafiq vəsaitlərin dərc edildiyini nəzərə alaraq, bu vəsaitlərin virtual kitabxanaya daxil edilməsini xahiş edirik.

 

Vəsaitlərin virtual kitabxanaya yüklənilməsi üçün aşağıdakı linkə keçid edin.
https://lhri.az/az/library/send-book

 

Alternativ olaraq vəsaitləri info@lhri.az e-mail ünvanına göndərə bilərsiniz.

 

Əlil Təşkilatları İttifaqı

 

 






Tarix:4/5/2023     old.udpo.az saytı Geri