Press Reliz 03/05
Layihənin fəaliyyət planına uyğun olaraq olunmuş elanda olan şərtlər əsasında əlillik sahəsində fəaliyyət göstərən 15 yerli təşkilatdan (ƏTİ-nin üzvü olan və olmayan) hər təşkilatdan 2 nəfər olmaqla 30 iştirakçı müəyyən olunmuşdur. 30 iştirakçı 2 qrupa bölünmüş, təlmlərin qrafiki və proqramı hazırlanmışdır. Birinci qrup üçün təlilimlərin keçirilməsinə may ayının 5-də başlanılmış və 8 günlük 4 təlim keçiriləcəkdir. Növbəti mərhələdə bu təlimlərin ikinci qrup üçün aparılmasına başlanılacaqdır. 19-20 may tarixində I qrup üçün II təlim reallaşmışdır.
Təlimlər Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İSGƏNDƏRLİ və Əlil Təşkilatları İttifaqının Proqram və Layihə Departamentinin müdiri Telman YOLÇİYEV tərəfindən aparılır. Bu təlimdə əsasən Alternativ hesabatların hazırlanma prosedurları iştirakmılara çatdırılmışdır.
Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.
Əlil Təşkilatları İttifaqı
Mətbuat Xidməti