Azərbaycanda himayədar ailəyə verilən uşağa görə müavinətin məbləği müəyyən edildi.


Azərbaycanda himayədar ailəyə verilən uşağa görə müavinətin məbləği müəyyən edildi.

 BAKI, Azərbaycan, 12 iyul. Trend                                                                                         ​​​​​​​​​​​​​​​​​

Himayədar ailəyə verilmiş uşağın tərbiyəsi üçün müavinətin məbləği müəyyən edilib. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanında dəyişiklik edilməsi barədə imzaladığı sərəncamda əksini tapıb. Dəyişikliklərə əsasən, müavinət ödəniləcək:

– himayədar ailəyə verilən uşağa (bu qərarda göstərilən uşaqlar istisna olmaqla):

6 yaşa qədər – 355 manat (208,8 dollar),

7 yaşdan 13 yaşa qədər – 375 manat (220,5 dollar),

14 yaşından 18 yaşa qədər - 395 manat (232,3 dollar);

 – himayədar ailəyə verilmiş 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa görə:

6 yaşa qədər – 395 manat (232,3 dollar),

7 yaşdan 13 yaşa qədər – 415 manat (244,1 dollar),

14 yaşından 18 yaşa qədər - 435 manat (255,8 dollar).

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:12/7/2023     old.udpo.az saytı Geri