Azərbaycanda yeni müavinət növləri müəyyən edilib.
BAKI, Azərbaycan, 12 iyul. rend xəbər verir.
Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Sosial müavinətlər haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, himayədar ailələrə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək himayədar uşağı olanlara aylıq müavinət, himayədar ailəyə verilən uşaqlara mövsümi geyim almağa görə birdəfəlik müavinət müəyyən edilir. Qoruyucu ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağın tərbiyəsi üçün aylıq müavinətin təyin edilməsi şərtləri də müəyyən edilmişdir.
Əlil Təşkilatları İttifaqı