“Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihəsinin icrasına başlanılıb.


 İstedadlı Əlillər İctimai Birliyi tərəfindən Bakı, Sumqayıt şəhərlərində  və Abşeron  rayonunda  “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihəsinin icrasına başlanılıb. 

İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə  1 İyul 2023-cü il tarixindən başlıyaraq, Bakı-Sumqayıt Əlillərin Regional Bərpa mərkəzində, eləcə də Abşeron rayonunda yerləşən AAAF-Park yaşayış massivində “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihəsinin icrasına başladı.

Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində (01.07.2023-01.11.2023-cü il) icra ediləcək.

Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif  tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin  məqsədləri sırasına daxildir.

Layihə müddətində təşkil olunacaq tədbirlərə cəlb olunacaq aydiyatı Dövlət qurumlarının numayəndələri, Paralimpiya çempionlarının və fiziki məhdud insanların iştrakı ilə paralimpiya idmanı haqqında marifləndirici təbliğatın aparılması və əlilliyi olan musiqiçilərin ifasında konsert və sərgi tədbirlərinin təşkil olunacaq.

 

Hörmətlə İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov.

 

Əlil Təşkilatları İttifaqı

  




Tarix:13/7/2023     old.udpo.az saytı Geri