Alternativ hesabatların hazırlanması konsultasiyalarının birinci fazası


Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq hər qrupda 3 təşkilat, hər təşkilatdan 2 nəfər olmaqla 5 qrup üçün alternativ hesabatların hazırlanması üçün konsultasiyalar keçirilmişdir. Konsultasiyalarda cəmi 26 nəfər iştirak etmişdir: 23 qadın, 3 kişi, 12 əlilliyi olan şəxs, 5 nəfər əlilliyi olan şəxs valideyni. Hüquqşünas-konsultant tərəfindən iştirakçılara alternativ hesabatlaın mövzusu, hazırlanma strukturu, metodologiyası, monitorinqlərin aparılması, məlumatların toplanması qaydaları haqqında məlumat verilmişdir. Konsultasiyalar hər qrup üçün bir gün olmaqla  14-21 iyul tarixlərində aparılmışdır. Eyni zamanda avqust ayının 15-də keçiriləcək birinci seminara kimi benefisiarlara onlayn xidmətlər göstərilir.

(Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.)

 

 

 




Tarix:21/7/2023     old.udpo.az saytı Geri