“Gələcəyin Assosiasiyalar Akademiya”-nın “Əlilliyin Dərki, Universal Dizayn və Korporativ Sosial Məsuliyyət” mövzusunda təlim


28 iyul 2023-cü il tarixində USAID/Azerbaijan dəstəyi ilə həyata keçirilən “Gələcəyin Assosiasiyalar Akademiya”-nın “Əlilliyin Dərki, Universal Dizayn və Korporativ Sosial Məsuliyyət” mövzusunda ilk təlimi keçirilmişdir. Tədbiri giriş sözü ilə layihə direktoru Jalə Hacıyeva və layihə rəhbəri Kristina Məmmədova açmışdır. Təlimi layihənin partnyor təşkilat Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ keçmişdir.

Təlimdə layihə çərçivəsində 1-ci il üçün seçilmiş 6 benefisiar assosiasiyaların - Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası Azerbaijan Hotel Association, Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası Azerbaijan Accountants and Risk Professionals Association, Azərbaycan Qablaşdırma Sənayəsi Assosiasiyası Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası nümayəndələri iştirak etmişdir.

 




Tarix:28/7/2023     old.udpo.az saytı Geri