“Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsi


"Əlilliyi olan şəxslərə sosial dəstək" İB-yi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2023-cü il tarixindən “Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinə başlayıb. Layihə 3 ay davam edəcək və 31 oktyabr 2023-cü il tarixində yekunlaşacaq . Layihədə masaj mütəxəssisi tərəfindən valideyinlərə insan anatomiyası,  Serebrial iflicdə əsas patologiyalar. Serebrial iflicli   uşaqlarda aktiv refleks zonalarının rolu. Refloksoloji masaj,terapevtik masaj texnikasının əsasları, serebrial iflic zamanı terapevtik məşqlərin aparılması alqoritmi və s. öyrədiləcək.  Layihənin əsas məqsədi Uşaq Serebrial İflicindən (USİ) əziyyət çəkən uşaqların reablitasiyasının davamlı olmasını təmin etmək, ailələrə dəstək olmaq, müalicəvi  masajı valideyinlərdən birinə (analara) öyrətməklə ailələrin qarşılaşdıqları problemləri  azalaltmaq,  reablitasiyanın davamlılığını artırmaq və eyni zamanda övladının sağlamlığı ilə əlaqədar işləyə bilməyən valideyinlərə yeni peşə öyrətməklə onların məşğulluğuna şans yaratmaq, ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olmaqdır. Tibbi şirkət olan “Seni” şirkəti layihənin tərəfdaşıdır.

 Əlil Təşkilatları İttifaqı






Tarix:1/8/2023     old.udpo.az saytı Geri