Alternativ hesabatların hazırlanması konsultasiyalarının ikinci fazası


Konsultasiya 2

Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq hər qrupda 3 təşkilat  olmaqla 5 qrup üçün alternativ hesabatların hazırlanması dair konsultasiyaların ikinci hissəsi keçirilmişdir. Konsultasiyalarda cəmi 15 nəfər iştirak etmişdir: 14 qadın, 1 kişi, 5 əlilliyi olan şəxs, 5 nəfər əlilliyi olan şəxs valideyni. Hüquqşünas-konsultant Sahib Məmmədov tərəfindən iştirakçılara alternativ hesabatların suallarının strukturlaşması, problemlər və onların həlli üçün təkliflərin formlaşdırılması  qaydaları haqqında məlumat verilmişdir. Konsultasiyalar hər qrup üçün 2 saat olmaqla  28-30 avqust tarixlərində Əlil Təşkilatları İttifaqının offisində fiziki formada keçirilmişdir: 

Hər qrup Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvesiyanın bir maddəsinə uyğun mövzu üzrə alternativ hesabat hazırlamağa başlanmışdır.

Hesabatların ilkin versiyasının sentyabrın 15-nə kimi hazırlanması nəzərdə tutulmuşdur.

Ümumi və hər qrup üzrə yaradılmış votçap qrupları üzərindən və telefon zəngləri vasitəsi ilə konsultant-ekspert və layihə rəhbərinin iştirakı ilə işlər, məsləhətlər davam etdirilir.

(Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir).

 

 




Tarix:30/8/2023     old.udpo.az saytı Geri