“Alternativ hesabatların ilkin formalarının müzakirəsi və təqdimatıı”
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq 21 sentyabr 2023 - cü il tarixdə “Alternativ hesabatların ilkin formalarının müzakirəsi və təqdimatı” bir günlük seminar keçirilmişdir. Bu layihə planında nəzərdə tutulmuş 2-ci seminardır.
Tədbirdə 13 nəfər iştirak etmişdir. Onlardan 3 nəfəri layihə rəhbəri və ekspertlər, 10 nəfəri isə hesabatları hazırlayan 5 qrupun hər birindən 2 nəfər təmsilçi olmaqla 10 nəfər iştirak etmişdir.
Gündəliyə əsasən layihə rəhbəri Davud RƏHİMLİ, ekspertlər Sahib Məmmədov və Telman Yolçiyev qısa xülasə ilə çıxış etmiş tədbirin məqsədi haqqında qısa məlumat verdilər. Sonra qruplar ardıcıllıqla hazırladıqları alternativ hesabatların draft formasını təqdim etdilər. Təqdim etmə zamanı ekspert tərəfindən alternativ hesabatın tərtibatı, dizaynı, xüsusilə suallar və tövsiyyələr hissəsində olan çatışmazlıqlar və onların aradan qaldırılması üçün ətraflı izzahat verildi.
Ümumi seminar nəticəsinə əsasən alternativ hesabatların hazırlannmasında proqresin olduğu qeyd olunmaqla bərabər çatışmazlıqların olması qənaətinə gəlindi. Bu səbəbdən növbəti mərhələdə hesabatların üzərində işlənilməsi və bu zaman layihə eksperti ilə məsləhətləşmələrin davam etdirilməsi qərara alındı.
Qeyd edək ki, bu layihə çərçivəsində əlilliyi olan şəxslərin təşkilatları tərəfindən 6 alternativ hesabat hazırlanacaqdır. Bunlardan qruplar tərəfindən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının 5 maddəsinə görə 5 alternativ hesabat və Əlil Təşkilatları İttifaqı tərəfindən ümumi Konvensiya üzrə 1 alternativ hesabat hazırlanacaqdır.
(Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir).