Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda onların maliyyə savadlılığının artırılması məqsədilə  Azərbaycan Əlil Təşkilatları İttifaqının nümayəndələri üçün onlayn seminar təşkil etmişdir. Seminarda Mərkəzi Bankın maliyyə savadlılığı üzrə elektron resursları (infobank.az, edu.e-cbar.az, bizimpullar.az) və “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri” mövzuları təqdim olunmuşdur. 17 nəfərin iştirak etdiyi seminarda mövzular ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

Mövzular Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin əməkdaşı Xəyalə Məmmədova və İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov tərəfindən təqdim olunmuşdur. 

Əlilliyi olan şəxslər üçün nəzərdə tutulan silsilə seminarlar proqram əsasında davam etdiriləcəkdir. 

Əlil Təşkilatları İttifaqı

Tarix:1/11/2023     old.udpo.az saytı Geri