Əlil Təşkilatları İttifaqı
“Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.
Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi çərçivəsində Əlil Təşkilatları İttifaqı tərəfindən “UNİVERSAL DİZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC-nin icra dəstəyi ilə reallaşdırılır.
Layihənin icra müddəti 8 aydır və Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Qubada həyata keçiriləcəkdir.
Layihə komandası milli və beynəlxalq mütəxəsislərdən ibarətdir.
Fəaliyyətlər:
- Hazırlıq işləri, təşkilati və texniki işlər
- Tədqiqat və məlumatların toplanması və tədqiqat hesabatının hazırlanması
- Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması üzrə təlim kursları
- Əlilliyi olan və əlilliyi olan şəxslərin yerli təşkilatlarının rəhbərləri ilə fokus qrup müzakirələri;
- BMT-nin ƏŞHHK-nın 11-ci Maddə üzrə tövsiyələrinin və "Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında" qanunun həyata keçirilməsi istiqamətində regionlarda görülən işlərin müzakirəsi məqsədilə QHT, dövlət qurumları və əlilliyi olan şəxslərlə 5 dəyirmi masa;
- Dövlət qurumları üçün əlilliyi əhatə edən fəlakət riskinin azaldılması siyasətləri və tələbləri üzrə 2 günlük 10 təlim sessiyası;
- Yekun konfrans. Bu tədbirdə fəlakət riskinin azaldılması üzrə əlilliyi əhatə edən milli siyasətlər üçün Hökumətə tövsiyələr üzrə hazırlanan konseptual sənədin yekun variantı təqdim olunacaq.
- Əlillik daxil olmaqla fəlakət riskinin azaldılması siyasətlərinə dair tövsiyələr üzrə konseptual sənədin hazırlanması
Layihədə həyata keçirilən fəaliyyətlər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 11-ci maddəsinə, Dayanıqlı İnkişaf Məqsədi 11-ə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinin tələblərinə uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Nəticələr:
1. Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması siyasətləri üzrə hökumətə tövsiyələr üzrə konseptual sənədin hazırlanması
2. Maraqlı qurumların nümayəndələrinin, məsələn, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əlillik daxil olmaqla, fəlakət riskinin azaldılması üzrə idarəetmə tələbləri haqqında biliklərinin təkminləşdirilməsi.
Tövsiyələr üzrə konseptual sənəd milli və beynəlxalq mütəxəsislər tərəfindən müvafiq dövlət və QHT- lərin rəyləri nəzərə alınaraq hazırlanacaqdır.