Gənclər və İdman naziri cənab Fərid Qayıbov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və təşkilatın idmançı üzvləri ilə görüş keçirib.


Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və təşkilatın idmançı üzvləri ilə görüş keçirib.
Görüş zamanı nazir İctimai Birliyinin üzvlərinin qazandığı uğur və nailiyyətlərlə yaxından tanış olub. 
 Aidə Səfərova ölkədaxili yarışlarda təşkilatın idmançı üzvlərinin - Çingiz Hüseynov (kikboks),  Ayxan  Əsədov (su polosu), Əzimzadə  Nizaməddin (karate, qol güləşi) və digərlərinin qazandığı  uğurları, həmçinin onların beynəlxalq yarışlara qatılmaq üçün qarşılaşdığı çətinlikləri cənab nazirin diqqətinə çatdırıb. 
Nazir Fərid Qayıbov çıxışında bu kimi çətinliklərin həlli üçün mütəmadi tədbirlər görüldüyünü vurğulayıb.
 
 Sonda nazirin təqdimatı ilə  təşkilatın eşitmə və danışma qabiliyyəti tam məhdud olan  idmançı üzvlərinə hədiyyələr verilərək xatirə fotoları çəkilib.
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:14/12/2023     old.udpo.az saytı Geri