“Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.
Layihənin fəaliyyət planına uyğun olaraq “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib. Fokus qrupun keçirilməsində 11 təşkilat sədri iştirak etmişdir.
Məqsəd təşkilatların bu sahədə məlumatlılığının öyrənilməsi, təkliflərin əldə olunmasıdır. Bu məlumatlar gələcəkdə siyasət sənədinin hazırlanmasında bu məlumatların nəzərə alınmasıdır.
Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi çərçivəsində Əlil Təşkilatları İttifaqı tərəfindən “UNİVERSAL DİZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC-nin icra dəstəyi ilə reallaşdırılır.
Layihənin icra müddəti 8 aydır və Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Qubada həyata keçiriləcəkdir.