Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyiminci ildönümünə həsr olunmuş "MÜSTƏQİL AZƏRBAYCANDA İNSAN HÜQUQLARI: QANUNVERİCİLİK BAZASI VƏ İCRA MEXANİZMLƏRİ" mövzusunda konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə Müvəkkil Elmira xanım Süleymanova və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq - mühafzə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Əsgərov açmışlar. Tədbirdə müxtəlif hökumət və QHT-larının nümayəndələri çıxış etmişlər.