61. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il


Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal  fəsadların siyahısının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkasının Nazİrlər KabİnetİNİN Qərarı

 

 «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısı» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 noyabr 2000-ci il

№ 208

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 28 noyabr tarixli 208 nömrəli qərarı ilə

 təsdİq edİlmİşdİr

 

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

müavinət almaq hüququ verən postvaksinal fəsadların

 

Sİyahısı

 

 Vaksin yeridilməsi ilə bağlı 4 həftə ərzində sağlamlığın pozuntusu ilə müşahidə edilən postvaksinal fəsadlara aşağıdakılar aiddir (xüsusi sərtləşdirilmiş hallar istisna olmaqla):

 1. Yerli reaksiyalar:

 1.1. inyeksiya yerində abses;

 1.2. limfadenit.

 2. Mərkəzi sinir sistemi tərəfindən əlavə reaksiyalar:

 2.1. vaksin-assosiasiya edilmiş paralitik poliomielit; oral poliovirus vaksini (OPV) qəbul etdikdən 4—30 gün sonra, yaxud vaksinasiya edilmiş uşaq ilə təmasda olduqdan 4—75 gün sonra 60 gün nevroloji pozuntuları davam edən kəskin süst iflic;

 2.2. immunizasiyadan sonra 30 gün ərzində inkişaf edən Giyene-Barre sindromu;

 2.3. immunizasiyadan sonra 72 saat ərzində inkişaf edən ensefalopatiya;

 2.4. immunizasiyadan sonra 1—4 həftə ərzində inkişaf edən ensefalit;

 2.5. onurğabeyin mayesinin müayinəsi ilə təsdiq edilmiş meningit (pleositoz və mikroorqanizmlərin tapılması şərti ilə).

 3. Allergik reaksiyalar.

 4. Anafilaktoid reaksiyalar.

 5. Anafilaktik şok.

 6. Febril qıcolmalar.

 7. Vaksinasiya ilə əlaqədar digər ağır qeyri-adi reaksiyalar.

 




Tarix:     old.udpo.az saytı Geri