Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Loqopedik xidmət haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 aprel 2002-ci il
№ 73
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 29 aprel tarixli 73 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Loqopedik xidmət haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1. Loqopedik xidmət məktəbəqədər və ümumtəhsil müəssisələri nəzdində şifahi və yazılı nitqi qüsurlu olan uşaqlara kömək məqsədilə təşkil edilir. Zəif eşidən, zəif görən, çəpgöz, əqli və fiziki inkişafdan geri qalan, normal intellektli nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələrində, zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən, əqli və fiziki inkişafdan geri qalan, dayaq-hərəkət aparatının inkişafı pozulan nitqi qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisələrində loqopedik kabinetlər təşkil edilir.
Loqopedik kabinetin qarşısında duran əsas vəzifə uşaqlarda olan şifahi və yazılı nitq qüsurunun təshihi (korreksiyası), bu sahədəki müvəffəqiyyətsizliyin qarşısını vaxtında almaq və onu aradan qaldırmaq, loqopedik bilikləri təhsil işçiləri, valideynlər və əhali arasında təbliğ etməkdir.
2. Loqopedik xidmət ümumi təyinatlı təhsil müəssisələrində loqoped-müəllim, rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tabeliyindəki loqopedik kabinet, həmçinin loqopedik mərkəz vasitəsilə həyata keçirilir.
3. Loqopedik mərkəz (kabinet) müvafiq tədris-maddi baza və ixtisaslı kadrlarla təminat olduğu halda Təhsil Nazirliyi ilə razılaşdırılaraq rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən açılır.
4. Rayon (şəhər) ərazisində 3 və daha artıq loqopedik kabinet olduqda rayon (şəhər) loqopedik mərkəzi yaradıla bilər.
5. Loqopedik xidmət buna ehtiyacı olan uşaqlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən edilən saya uyğun olaraq təşkil edilir.
II. Loqopedİk xİdmətİn təşkİlİ
1. Loqopedik xidmət Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir. Loqopedik kabinetə ümumtəhsil müəssisələrində şifahi və yazılı nitqlərində pozğunluqları, ümumi nitq inkişafının ləngiməsi, kəkələmə, tələffüz pozğunluqları, fonetiko-fonematik və fonematik qüsurları, tələffüz pozğunluqları - fonetik qüsurlar, nitq aparatının qüsuru və funksiyalarının pozğunluqları (dizartriya, rinolaliya) olan uşaqlar qeydə alınırlar. Loqopedik kabinetdə qeydiyyat il boyu aparılır.
Loqopedik yardım uşağın təlim-tərbiyə aldığı dildə aparılmalıdır.
2. Loqopedik kabinetdə qeydə alınmaq üçün nitqi qüsurlu uşaqların aşkar edilməsi hər il sentyabrın 1-dən 15-nə və mayın 10-dan 25-dək aparılır. Aşkar edilmiş nitqi qüsurlu uşaqlar sonradan nitq qüsurundan asılı olaraq qruplar üzrə paylaşdırılmaq üçün siyahıda (1 nömrəli əlavə) qeyd olunmalıdır.
Loqopedik kabinetdə qeydə alınan hər bir uşaq üçün müəllim-loqoped nitq xəritəsi doldurmalıdır (2 nömrəli əlavə).
3. Loqopedik kabinetdə nitqindəki qüsurlara görə proqram materialını mənimsəyə bilməyən uşaqlar qeydə almırlar (Ümumi nitq inkişafının ləngiməsi ÜNİL, fonetiko-fonematik və fonetik inkişafsızlıq).
4. Uşaqlarla məşğələ həm fərdi, həm də qruplarla aparılır. Loqopedik işin təşkilinin əsas forması qruplarla məşğələdir.
Qruplara imkan daxilində eyni qüsurları olan uşaqlar seçilir.
İlkin nitq patologiyası ilə aşkar olunmuş şagirdlərdən aşağıda göstərilən qrup və mikroqruplar komplektləşdirilə bilər (mötərizədə şəhər və kənd ümumi-təhsil müəssisələrindəki uşaqların sayı göstərilir):
ümumi nitq inkişafının ləngiməsi (ÜNİL), oxu və yazı pozğunluqları - (4; 3);
qeyri-kəskin ifadə olunmuş ÜNİL (5; 4);
fonetiko-fonematik (FFNİL) və ya fonematik nitq inkişafsızlığı (FNİ nəticəsində yaranmış oxu və yazı pozğunluqları ilə) (5; 4);
ÜNİL-dən yaranmış oxu və yazı pozğunluqları (4; 3);
kəkələmə ilə (3; 2);
tələffüz nöqsanı ilə (5; 4);
qrupla məşğələdə şagirdlərin minimal sayı 3 nəfər olmalıdır.
5. Loqopedik məşğələlər dərsdən kənar vaxtlarda aparılır. Fərdi məşğələlər ağır nitq qüsuru olan uşaqlarla aparılır. ÜNİL və nitq aparatının qüsuru və hərəkətinin pozulması (rinolaliya, dizartriya) olanlarla dərs məşğələləri I, II dərs saatlarında aparılır.
ÜNİL və FFNİL ilə olan 6 yaşlı uşaqlarla məşğələ bu siniflərin rejiminə əsasən aparılır. Proqram materiallarının mənimsənilməsinə mane olmayan, fonetik tələffüz pozğunluqları olan 6 yaşlı uşaqlarla təshih işi müstəsna olaraq dərs vaxtı aparıla bilər (Azərbaycan dili, xarici dil və riyaziyyat dərslərindən başqa).
6. Fərdi qrupla məşğələlərin mövzusu və uşaqların davamiyyəti sinif jurnalında qeyd olunur. Hər qrupa lazımi səhifə ayrılır.
7. ÜNİL və bununla əlaqədar olan oxu və yazı pozğunluqları olan uşaqlarla təshih işi həftədə 3 dəfədən az olmamaq şərti ilə;
FFNİL və FNİL və bunun nəticəsində yaranmış oxu və yazı pozğunluqları olan uşaqlarla məşğələ həftədə 2-3 dəfədən az olmamaq şərti ilə;
fonetik qüsuru olan uşaqlarla həftədə 3 dəfədən az olmamaq şərti ilə;
kəkələyən qrupun uşaqları ilə həftədə 3 dəfədən az olmamaq şərti ilə;
ağır nitq qüsuru olan uşaqlar ilə fərdi məşğələ həftədə 2-3 dəfədən az olmayaraq aparılmalıdır.
Qrupla məşğələ 40 dəqiqə, fərdi məşğələ hər uşaqla 20 dəqiqə aparılır.
8. FFNİL, FNİL-dən yaranan oxu və yazı pozğunluqları olan uşaqlarla təshih işinin müddəti 1,5-2 dərs ili davam edir.
9. Şagirdlərin buraxılışı bütün dərs ili boyu onların nitq qüsurlarının aradan götürülməsi əsasında aparılır.
10. Nitqi qüsurlu uşaqlar lazım olduqda valideynlər və ya onların qanuni nümayəndələrinin razılığı ilə mütəxəssis həkimlərin (nevropatoloq, psixiatr, otolarinqoloq və b.) müayinəsi üçün rayon poliklinikasına və psixofiziki vəziyyətlərini müəyyənləşdirmək üçün psixoloji-tibbi-pedaqoji komissiyaya göndərilir.
11. Loqopedik məşğələlərdə şagirdlərin davamiyyətinə müəllim - loqoped, sinif rəhbəri və müəssisənin rəhbəri məsuliyyət daşıyır.
III. Müəllİm-loqoped
1. Müəllim-loqoped vəzifəsinə defektoloq təhsili olan, ixtisasdəyişmə kurslarını (loqopediya) keçmiş ali pedaqoji təhsilli işçilər təyin edilir. Müəllim-loqoped rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) razılığı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilir.
2. Müəllim-loqoped qrupların komplektləşdirilməsinə, oxu və yazı pozğunluqları olan şagirdlərin təshihi işinin keyfiyyətinə məsuliyyət daşıyır.
3. Müəllim-loqoped:
şagirdlərin müəllim və valideynlərinə müvəffəqiyyətsizliklərin səbəbini aydınlaşdırır və onların aradan götürülməsinə aid məsləhətlər verir;
müntəzəm olaraq şagirdlərlə yazılı və şifahi nitqin müxtəlif qüsurlarının aradan qaldırılmasına aid məşğələlər aparır;
loqopedik məşğələdə ilkin nitq qüsuru ilə əlaqədar olaraq ana dili dərsində müvəffəqiyyətsizliyin qarşısını almaq və aradan götürmək məqsədi ilə təshih-tərbiyə işi aparır;
loqopedik məşğələlərdə iştirak edən uşaqların müəllimləri ilə ardıcıl əlaqə yaradır;
nitqi qüsurlu uşaqlar üçün olan məktəbəqədər, ümumtəhsil məktəbləri, uşaq poliklinikasının mütəxəssis-həkimləri və psixoloji-tibbi-pedaqoji komissiya ilə əlaqə yaradır;
ümumtəhsil müəssisələrinin pedaqoji şuraları qarşısında duran məsələlər, görülmüş işin məzmunu və nəticələri haqqında məlumat verir;
hər il sxem üzrə (3 nömrəli əlavə) hesabat hazırlayır. Həmin hesabatı təhsil müəssisəsinin müdiriyyətinə və ya rayon (şəhər) təhsil şöbələrinə verir. Hesabatda şagirdlər arasında mövcud nitq qüsurları və onların aradan götürülməsi nəticələrini əks etdirir.
IV. Loqopedİk mərkəzİn İşİnə rəhbərlİk
1. Müəllim-loqopedin işinə rəhbərlik təhsil müəssisələri rəhbərliyi tərəfindən aparılır.
2. Loqopedik mərkəzin rəhbərliyinə təcrübəli və defektoloq təhsili olan müəllim-loqoped təyin edilir.
3. Loqopedik mərkəzin rəhbəri müəllim-loqopedlərin görəcəyi işləri müəyyən edir. Onların peşə ixtisasının artırılmasına zəmin yaradır. Gənc mütəxəssislərə metodiki kömək göstərir. Loqopedik kabinetlərdə qrupların düzgün komplektləşdirilməsinə, ilkin nitqi qüsurlu uşaqlarla işin məqsədyönlü aparılmasına məsuliyyət daşıyır.
V. Maddİ-texnİkİ və malİyyə təmİnatı
1. Loqopedik kabinetlərin maddi-texniki bazası və elmi-metodik təminatı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun həyata keçirilir.
2. Loqopedik xidmət üçün yerli təhsil idarəetmə orqanları tərəfindən kabinet ayrılır (20 kv.m.dən az olmamaqla) Kabinet sanitar-gigiyenik tələblərə cavab verməli (əl-üz yuyan, düzgün işıqlanma, hava rejiminə riayət), lazımi vəsaitlərlə təchiz edilməlidir (4 nömrəli əlavə).
3. Loqopedik kabinet ümumtəhsil müəssisəsi binasında, zəruri hallarda rayon (şəhər) təhsil şöbəsinin binasında da yerləşdirilə bilər.
4. Loqopedik kabinetin təminatını və təmirini rayon (şəhər) təhsil şöbələri həyata keçirir.
5. Loqopedik mərkəzin ştat cədvəlində müəllim-loqopedlərin əməyinin ödənilməsi pedaqoji işçilərə bərabər tutularaq qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
6. Yerli xərclərin vəsaiti hesabına təhsili idarəetmə orqanları loqopedik mərkəzin rəhbərinə, üzvlərin sayı 5-10 nəfər olarsa 0,25 stavka, 10 nəfərdən artıq olarsa 0,5 stavka əlavə əmək haqqı müəyyən edə bilər.
"Loqopedik xidmət haqqında Əsasnamə"yə
1 nömrəli əlavə
Nİtqİ qüsurlu uşaqların sİyahısı
(Uşaqlar müayinə edildikdə doldurulur)
|
S/n |
Adı və soyadı |
Məktəb |
Sinfi |
Müayinə tarixi |
Müayinə vaxtı ana dilindən müvəffəqiyyəti |
Loqo-ped |
Qeyd |
İşlər müdri A. HACIYEV
"Loqopedik xidmət haqqında Əsasnamə"yə
2 nömrəli əlavə
Nİtq xərİtəsİ
(Loqopedik kabinetə qəbul zamanı hər şagird üçün ayrıca doldurulur)
1. Soyadı, adı, atasının adı
2. Məktəb, sinif
3. Ev ünvanı, telefon nömrəsi
4. Kabinetə qəbul olunduğu tarix
5. Ana dilindən müvəffəqiyyəti (müayinə vaxtı)
6. Müəllimin və ya valideynin şikayəti
7. Psixiatrın rəyi
8. Eşitmə vəziyyəti
9. Nitq inkişafı haqqında məlumat
10. Nitq aparatının vəziyyəti (quruluşu və hərəkəti)
11. Nitqin ümumi xarakteristikası (söhbətin və rabitənin, mülahizənin yazılması)
a) lüğət ehtiyatı (kəmiyyət və keyfiyyət xarakteristikası)
1) kəmiyyət xarakteristikası: ümumi lüğət ehtiyatı
2) keyfiyyət xarakteristikası: söz işlənərkən səhvlərə yol verilməsi (mənaya görə dəyişiklik və akustik oxşarlıq)
Nümunələr göstərmək.
b) Qrammatik quruluş: işlədilən cümlələrin tipləri. Nümunələr göstərmək.
c) Tələffüz və səslərin fərqləndirilməsi: səsin tələffüzü, təhrif edilməsi, əvəz edilməsi, müxtəlif səslərin qarışdırılması. Nümunәlәr göstərmək.
12. Sözün səs tərkibinin təhlili vərdişlərinin formalaşması səviyyəsi.
13. Yazı: spesifik sahələr (qarışıq salma, samit səslərin dəyişik salınması və s.)
14. Oxu: oxu texnikasına yiyələnmə səviyyəsi (hərflə, heca ilə, sözlə oxu, oxu zamanı səhvlər, oxunmuş mətnin dərk edilməsi)
15. Kəkələmə: a) təxmin edilən səbəb; b) nitq davranışının ümumi xüsusiyyətləri (ünsiyyətli, qaradinməz, tezçoşan)
16. Pedaqoji müşahidə əsasında uşağa verilən qısa xasiyyətnamə (planlaşdırılmış, sərbəst, işgüzar, müşahidəsiz, öz qüsuruna münasibəti).
17. Loqopedin rəyi
18. Nitq düzəlişinin nəticəsi (şagirdlərin loqopedik kabinetlərdə buraxılışı xəritədə qeyd edilir).
İşlər müdri A. HACIYEV
"Loqopedik xidmət haqqında Əsasnamə"yə
3 nömrəli əlavə
Loqopedik xidmət göstərilmiş şifahi və yazılı nitqində
qüsurları olan uşaqların sayı haqqında
HESABAT
|
Şagirdlər |
Siniflər |
Şifahi və yazılı nitqində pozğunluqları olan uşaqların sayı |
|||||
|
ÜNİL-dən yaranmış oxu və yazı pozğun-luqları |
FFNİL |
FNİL-dən yaranmış oxu və yazı pozğun-luqları |
tələffüz pozğun-luqları |
kəkələmə |
oxu və yazı pozğunluqları |
||
|
1.Aşkar edilmişdir |
|
|
|
|
|
|
|
|
Qəbul edilmişdir |
|
|
|
|
|
|
|
|
Çıxarılmışdır |
|
|
|
|
|
|
|
|
Məşğələlərin davamı üçün saxlanılmışdır |
|
|
|
|
|
|
|
|
Getmişdir |
|
|
|
|
|
|
|
İşlər müdri A. HACIYEV
"Loqopedik xidmət haqqında Əsasnamə"yə
4 nömrəli əlavə
Təklif olunan avadanlıq və mebelin siyahısı
|
1. Loqopedik məşğələlər üçün divar güzgüsü (50 x 100) |
- 1 |
|
2. Fərdi məşğələ üçün divar güzgüsü (9 x 12) |
- 8 |
|
3. Loqopedik zondlar, şpatellər |
- tələb olunan sayda |
|
4. Əl-üz yuyan |
- 1 |
|
5. Yazı taxtası |
- 1 |
|
6. Vəsaitlər üçün şkaflar |
- 2-3 |
|
7. Dəftərxana stolu |
- 1-2 |
|
8. Stullar |
- 8 |
|
9. Komplekt “parta-stul” |
- 1 |
|
10. Kəsmə divar əlifbası |
- 1 |
|
11. Kəsmə stolüstü əlifba |
- 8 |
|
12. Qum saatı |
- 1 |
|
13. Saniyəölçən |
- 1 |
|
14. Metronom |
- 1 |
|
15. Filmoskop |
- 1 |
|
16. Televizor |
- 1 |
|
17. Valçalan |
- 1 |
|
18. Val yığını |
- 2 |
|
19. Kompüter |
- 1 |
|
20. Videomaqnitofon |
- 1 |
|
21. Dərs vəsaitləri |
- tələb olunan miqdarda |
|
22. Stolüstü oyuncaqlar, oyunlar, konstruktorlar |
- 1 |
|
23. Disketlər |
-1 |
|
24. Dezinfeksiya preparatları (spirt, xlor, pambıq, yod, cuna) |
- tələb olunan miqdarda |
İşlər müdri A. HACIYEV