20. “2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın və “2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2011-ci il


“2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın və “2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.6-cı bəndinin və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə  Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2010-cu il 24 noyabr tarixli 359 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. "2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 18 fevral 2011-ci il

№ 33

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 fevral tarixli 33 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin

 

DÖVLƏT PROQRAMI

 

1. Giriş

 

"2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"nın (bundan sonra - Proqram) başlıca məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlillərin) tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.

Dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən  əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.

Bu Proqram "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"ndan, "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"ndan, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyadan və Azərbaycan Hökumətinin  bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələrin icrasını əhatə edir.

Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması xərcləri dövlət büdcəsindən ayrılan vəsait daxilində həyata keçirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 fevral tarixli 33 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların  sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin

 

DÖVLƏT PROQRAMI

 

1. Giriş

 

"2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı" (bundan sonra - Proqram) ölkənin iqtisadi inkişafına uyğun olaraq, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2011-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Bu Proqram hazırlanarkən "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli  Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, habelə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul edilmiş digər normativ hüquqi aktların icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən keçiriləcək tədbirlər də nəzərə alınmışdır. 

Göstərilənlərlə əlaqədar tərtib olunmuş proqnozlara əsasən 2011-ci ildə respublikanın əmək bazarında 520,0 min nəfərin iştirak edəcəyi, onlardan 64,5 min nəfərinin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir.

Məşğulluq xidməti orqanlarına müraciət edəcək vətəndaşlardan 32,0 min nəfərin münasib işlə təmin olunması, 4,7 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 4,0 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4,0 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, 48,0 min nəfərin isə iş axtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır.

Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə üstünlük verilməklə, müraciət edən vətəndaşların münasib işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş, eləcə də cəzaçəkmə müddətinin bitməsinə az qalmış şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, əmək bazarının öyrənilməsi və təhlil edilməsi üzrə yeni mütərəqqi metodologiyanın işlənilməsi sahəsində elmi tədqiqat  işlərinin aparılması nəzərdə tutulmuşdur.

2011-ci ildə respublikanın şəhər və rayonlarında iş axtaran və işsiz vətəndaşlara xidmətin yeni mütərəqqi texnologiyalara əsasən qurulması, əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, psixoloji məsləhət və peşəyönümü kabinetlərinin, eləcə də fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin istehsalat bazalarının təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.

İş axtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində vacib amillərdən biri də onların bu sahədə məlumat əldə etmə imkanlarının artırılmasıdır. Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən əhalinin məlumatlandırılması istiqamətində reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

2. 2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

Ayrılmış vəsaitin məbləği (min manatla)

Maliyyə mənbəyi

1

2

3

4

 

1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası

14113,8

 

1.1.

Əlillərin xarici ölkələrdə reabilitasiyasına şərait yaradılması,

o cümlədən Naxçıvan MR üzrə

240,0

 

15,0

dövlət büdcəsi

1.2.

Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə

80,0

 

17,0

dövlət büdcəsi

1.3.

Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi

5170,0

dövlət büdcəsi

1.4.

Əlillərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması

950,0

dövlət büdcəsi

1.5.

Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması

7673,8

dövlət büdcəsi

 

2. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatının, yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili

1315,0

 

2.1.

Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramın hazırlanması

80,0

dövlət büdcəsi

2.2.

İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə onların yaradıcılıq imkanlarının təbliğinə kömək göstərilməsi

70,0

dövlət büdcəsi

2.3.

Cəmiyyət arasında əlillərə diqqət və qayğının artırılması məqsədi ilə təbliğat-təşviqat kampaniyasının təşkili

50,0

dövlət büdcəsi

2.4.

Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi

50,0

dövlət büdcəsi

2.5.

Əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi

15,0

dövlət büdcəsi

2.6.

Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi,

o cümlədən Naxçıvan MR üzrə

300,0

 

15,0

dövlət büdcəsi

2.7.

İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması,

o cümlədən Naxçıvan MR üzrə

700,0

 

 

4,0

dövlət büdcəsi

2.8.

Əlillərin stolüstü idman oyunları üzrə III Ümumrespublika yarışlarının keçirilməsi,

o cümlədən Naxçıvan MR üzrə

50,0

 

3,0

dövlət büdcəsi

 

3. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili

399,144

 

3.1.

20 Yanvar -Ümumxalq hüzn günü,

20-24 mart - Novruz bayramı,

26 aprel - Çernobıl qəzasının ildönümü,

9 may - Faşizm üzərində Qələbə günü,

15 sentyabr - Bilik günü,

3 dekabr - Beynəlxalq əlillər günü və sair tədbirlərin keçirilməsi, əlillərə maddi yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə

329,144

 

 

 

 

 

 

 

76,0

dövlət büdcəsi

3.2.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı texniki yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə

30,0

 

4,0

dövlət büdcəsi

3.3.

Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə

40,0

 

8,0

dövlət büdcəsi

Cəmi

15827,944

 

 

 

2. 2011-ci ildə iş axtaranların  və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

Ayrılmış vəsaitin məbləği (min manatla)

Maliyyə mənbəyi

1

2

3

4

1.

İşsizlik müavinətinin ödənilməsi,

o cümlədən Naxçıvan MR üzrə

4350,0

50,0

məcburi dövlət sosial

sığorta haqları

2.

Peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkili,

o cümlədən Naxçıvan MR

1064,0

 

80,0

dövlət büdcəsi

3.

Haqqı ödənilən ictimai işlərin təşkili,

o cümlədən Naxçıvan MR üzrə

214,24

50,0

dövlət büdcəsi

4.

İşsizlər üçün yeni məsləhət xidmətlərinin təşkili, əmək birjalarının fəaliyyətlərinin artırılması, yeni texnologiyaların tətbiqi, təbliğat-təşviqat işlərinin aparılması, əmək yarmarkalarının keçirilməsi,

o cümlədən Naxçıvan MR üzrə

390,0

 

 

10,0

dövlət büdcəsi

Cəmi

6018,24

 

 

 

   




Tarix:     old.udpo.az saytı Geri