16.Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2008-ci il


Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında

Azərbaycan RESPUBLİKASI NAZİRLӘR KabİnetİnİN Qərarı

 

 «Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və  reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən  edilsin. [1]

 2. Həmin müavinət xüsusi təhsil müəssisəsinin arayışı əsasında şəhər (rayon) təhsil şöbələri tərəfindən ödənilsin.

 3. Göstərilən məqsədə tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsində «Təhsil xərcləri» üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin  edilsin.

 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 25 dekabr 2001-ci il

                   № 200

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 19 noyabr 2008-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 1038)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 19 noyabr 2008-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 1038) ilə 1-ci bəndində «50000 (əlli min)» sözləri «20 (iyirmi)» sözü ilə əvəz edilmişdir.

 

 

 






Tarix:     old.udpo.az saytı Geri