- 1/7/2020 Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR
#EaP in-də kütləvi sosial-iqtisadi böhranın qarşısını almaq üçün sosial dialoq vacibdir. Bugünkü WG5 tərəfdaş iclasında iştirakçılar, müxtəlif COAİV ölkələrində # COVID19-un təsiri və işçi hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolunu müzakirə etdilər.
- 28/6/2020 "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.
HƏMKARLARIMIZI TƏBRİK EDİR, YENİ UĞURLAR ARZULAYIRIQ!
İctimai Birlik 28 iyun 2019 - cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və bu qısa müddət ərzində geniş fəaliyyəti olmuşdur. İctimai Birliyin şüari "Hər şey sizin öz əlinizdədir. Sədəcə Jest edin", əsas məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin inkluzivliyinə dəstək olmaqdır.
- 27/6/2020 Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb
Mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.
- 23/6/2020 “Benefisiar məlumatların açıqlığına necə olaq?”
Hazırda Azərbaycanda dövlət satınalmalarında, büdcə vəsaitlərindən, neft gəlirlərindən istifadədə, şəffaflıq və hesabatlılığın təmin edilməsi, maraqlar toqquşması, nufuz alveri hallarının müəyyənləşdirilməsinə əsas maneələrdən biri də benefisiar sahibliklə (şirkətlərin gerçək sahibləri, onlara real nəzarət edən şəxslər) bağlı məlumatların açıq olmamasıdır.
- 18/6/2020 "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.
- 16/6/2020 Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB-nin jest dilində yeni filmi
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB "Jest dilində məlumatlandırma " layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
- 3/6/2020 Müyəssərlik modeli
Müyəssər ətraf mühitin yaradılması əlilliyi olan şəxslərin müstəqilliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Bu zaman bütün kateqiriyadan olan əlilliyi olan şəxslərin nəzərə alınması və onların hər birinə aid qaydalara riayət olunması onların sərbəst hərəkətinin təmin olunmasına şərait yaradır. Əlillik sahəsində fəaliyyətlərdə bu məsələlərə xüsusi diqqət verilir.
- 25/5/2020 Müyəssərlik barədə məlumatlandırma
Layihənin maarifləndirmə fəaliyyəti istiqamətlərinə uyğun olaraq Lənkəran şəhərinin müxtəlif yerlərində 2 ədəd maarifləndirici reklam lövhələri (bilboardlar) yerləşdirilmiş və geniş icitmaiyyətə təqdim olunmaq üçün animasiya filmi hazırlanmışdır. Məqsəd əlillik, xüsusilə də müyəssərlik barədə geniş auditoriyanı məlumatlandırmaqdır.
- 22/5/2020 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.
Müvəkkil onlayn görüşdə iştirak edən QHT nümayəndələrini salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə onları təbrik edib, xoş arzularını bildirib.
- 21/5/2020 Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.
Video müzakirəni giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev iştirakçıları salamlayaraq BAMF-ın BMT ilə əməkdaşlığından, BMT yanında məşvərətçi statusun üstünlüklərindən danışıb.
- 5/5/2020 Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
- 8/4/2020 "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məlumatlandırma aparılacaq.
https://cloud.mail.ru/stock/51EKREkLSHdNC3ibpzJb7pYt
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində, eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirəcək.
- 7/4/2020 Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
- 16/3/2020 Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib
AZƏRTAC xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev dedi:
- Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir.
- 2/3/2020 Allah rəhmət eləsin!
Azərbayvan Əlil Təşkilatları İttifaqının (ƏTİ) rəhbərliyi əlilliyi olan şəxslər və onların təşkilatları adından İradə xanım Rizazadəyə oğlu Sadiqin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"













1.jpg)






































