- 13/7/2023 “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” adlı layihəsinin icrasına başlanılıb.

İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə 1 İyul 2023-cü il tarixindən başlıyaraq, Bakı-Sumqayıt Əlillərin Regional Bərpa mərkəzində, eləcə də Abşeron rayonunda yerləşən AAAF-Park yaşayış massivində
- 13/7/2023 Yanvar-iyun aylarında 171,6 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında 171,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 46,7 min nəfər “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
- 10/7/2023 Bu ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib

2023-cü ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib.
- 10/6/2023 Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi. II qrup təlim 1

Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq ikinci qrup üçün təlimlərə başlanılmışdır.
- 3/6/2023 Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş növbəti maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsini icra edən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən növbəti tədbir Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilib.
- 2/6/2023 Maarifləndirmə tədbiri: “Uşaqlara qarşı zorakılığa son deyək!”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsinin icrası “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən davam etdirilir.
- 31/5/2023 Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatların vətəndaş rifahının və məmnunluğunun təminatı məqsədi daşıdığını bildirib.
- 28/5/2023 28 may - Müstəqillik günü
28 may Müstəqillik günü münasibəti ilə Əlil Təşkilatları İttifaqı kollektivi adından xalqımızı təbrik edirik!
- 23/5/2023 Dövlət başçısının yeni Fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək

Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.
- 20/5/2023 Alternativ hesabatların hazırlanması təlimləri - 2

Təlimlər Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İSGƏNDƏRLİ və Əlil Təşkilatları İttifaqının Proqram və Layihə Departamentinin müdiri Telman YOLÇİYEV tərəfindən aparılır. Bu təlimdə əsasən Alternativ hesabatların hazırlanma prosedurları iştirakçılara çatdırılmışdır.
- 9/5/2023 Əlil Təkilatları İttifaqının üzvləri Fəxri Xiyabanda Ümumilli lider H.Əliyevin məzarına ziyarət ediblər.

Ümumilli lider H.Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əlil Təkilatları İttifaqının üzvləri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.
- 8/5/2023 İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, digər müvafiq şəxslərə birdəfəlik maddi yardımlar ödənildi

Prezident İlham Əliyevin 26 aprel 2023-cü il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın ödənişi başa çatıb.
- 5/5/2023 5 may - Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.

Mayın 5-ni dünya ictimaiyyəti Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Gününü qeyd edir. Bu tarix 1992-ci ilə təsadüf edir, mayın 5-də Avropanın 17 ölkəsində əlilliyi olan insanlar eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə günü keçirdilər.
- 20/4/2023 Alternativ hesabatların hazırlanması təlimləri

http://azerweb.az/en/event.php?id=10803
Əlil Təşkilatları İttifaqı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
- 12/4/2023 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

https://www.youtube.com/watch?v=Wi-XgRtSmpE&t=7s
Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.













1.jpg)






































