- 8/4/2016 Sosial xidmət sahəsində ictimai iştirakçılığın təmin edilməsi”
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın fəaliyyət planına uygun olara 08 aprel 2016-ci il tarixində Müharibə və əmək əlilləri üçün pansionatda “Sosial xidmət sahəsində ictimai iştirakçılığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ictimai şuranın üzvləri ilə yanaşı, respublikamızda sosial xidmət sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, pansiantın işçi heyəti və sakinləri iştirak etmişdir.
- 5/4/2016 Əlil Təşkilatları İttifaqının (ƏTİ) bəyanatı.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı 1990-cı ildən davam edir. Bunun nəticəsində Azərbaycanın 20% ərazisi işğal olunmuş, bir milyona yaxın insan öz doğma yurdlarından didərgin düşmüş, on minlərlə insan şəhid olmuş və yaralanmışdır. İşğal altinda olan ərazilərdə təbii, maddi, mədəni sərvətlər dağıdılmış və talan olunmuşdur.
- 14/3/2016 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi zəifeşidən və nitqi problemli uşaqlarla reabilitasiya işini davam etdirir.
ƏCİ-dən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişi ilə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Abşeron rayonunda yaradılmış müvafiq Mərkəzdə zəifeşidən və nitqi problemli sağlamlıq imkanları məhdud uşaqlara müxtəlif reabilitasiya xidmətləri göstərilir.
- 5/3/2016 Ictimai şura dəyirmi masa keçirdi.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
- 3/3/2016 Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi təsis edilib.
Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar,
- 10/2/2016 Əlverişli mühitdən inkluziv cəmiyyətə doğru
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə
- 10/2/2016 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası
09 fevral 2016-cı il tarixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası keçirilmişdir. İclasın gündəliyi:
1. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-şurasına və Bakı Dövlət Universitetində yaradılacaq İctimai şuraya namizədlərin seşilməsi və bu istiqamətdə fəaliyyətlərin aparılması
2. Üzvlüyə qəbul
3. Cari məsələlər
- 3/2/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefon vasitəsilə əldə etmək mümkündür
Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.
- 23/12/2015 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)
2015-ci il dekabrın 15-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi üzrə monitorinq keçirildi. Monitorinqdə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite və Azərbaycanda Milli Erasmus+
- 18/12/2015 Boccia idman növü üzrə "SeniCUP" turniri
18.12.2015-ci il tarixdə Abuarenada Paralimpiyanın Boccia idman növü üzrə "SeniCUP" turniri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himni səsləndikdən sonra Milli Paralimpiya Komitəsinin sədri cənab İlqar Rəhimov iştirakçıları salamlamış və onlara uğurlar arzulamışdır.
- 8/12/2015 Regionlarda monitorinqlər
"Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10.09.2015-10.12.2015-ci il tarixə kimi 3 aylıq nəzərdə tutulmuş
- 27/11/2015 Heydər Əliyev Fondunun “Xəyallarla dolu qəlblər” adlı sərgisi
Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların “Xəyallarla dolu qəlblər” adlı sərgisi də belə layihələrdəndir.
- 26/11/2015 Vətəndaş cəmiyyəti forumu
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yüzlərlə QHT-nin iştirakı ilə 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərini müzakirə olunmuşdur.
https://youtu.be/iTbn-9PvxJM
- 21/11/2015 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür.
Azərbaycanda da 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində,
- 13/11/2015 13 noyabr Beynəlxalq gözdən əlilliyi olan insanlar günüdür.
13 noyabr 1745-ci ildə anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. O, 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.













1.jpg)






































