- 12/11/2015 “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!”
“14 noyabr – Ümumdünya Diabet Günü”
- 7/11/2015 Birinci Respublika Uşaq Paralimpiya Idman Oyunlari keçirilmişdir
06 noyabr 2015-ci il tarixində Sumqayit Paralimpiya Idman Kompleksində Milli Paralimpiya Komitəsi və "Azərsell" Telekom MMC-nin birgə təşkilatçılığı ilə birgə birinci Respublika Uşaq Paralimpiya Idman Oyunlari keçirilmişdir. Oyunlarda Respublikanın müxtəlif bölgələrindən olan uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzcüçülük, masaüstü tenis və boccia) 50-yə yaxın iştirakçı öz güclərini sınamışlar.
- 4/11/2015 Fond seçkilərlə bağlı hesabat verdi.
“Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupu, 3 noyabr 2015-ci il tarixində, Mətbuat konfransı keçirdərək, Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin monitorinqinə dair hazırladığı hesabatı təqdim etdi.
- 22/10/2015 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində növbəti təlim.
14-22-2015 - ci il tarixdə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının ali məktəblərində İnkluziv təhsil mərkəzlərinin
- 13/10/2015 "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması”
Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması” layihəsinin həyata keçirilməsi ilə bağlı konfrans keçirilib.
- 12/10/2015 “MƏNIM DÜNYAM” adlı satış-sərgisi və konsert
9 oktyabr 2015 ci il, saat 17:00-da Mədəniyyət və Turizm nazirliyinin Azərbaycan Xalça Muzeyində “İstedadlı Əlillər” İctimai Birliyinin “Mənim dünyam” adlı sərgi-yarmarkasının açılış mərasimi keçirildi.
- 28/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
- 9/7/2015 SHAIB Şamaxı və İsmayıllıda
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsi çərçivəsində Şamaxı və İsmayıllıda tədbirlər keçirtmişdir.
- 14/5/2015 Beynəlxalq Əlillər Birliyinin yeni regional bölməsi yaradıldı
11-12 may 2015-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində 150 ölkənin üzv olduğu, 6 regional bölməsi olan Beynəlxalq Əlillər Birliyinin (BƏB) MDB ölkələrindən olan təşkilatların I forumu olmuşdur. Tədbirdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları" haqqında Konvensiyasının yerinə yetirilmə vəziyyəti müzakirə olunmuş və təşkilati məsələlərə baxılmışdır. BƏB-nin MDB ölkələri üzrə regional şöbəsi yaradılmış, rəhbər orqanlar seçilmişdir. BƏB-in üzvü və Azərbaycanda milli təmsilçisi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli BƏB-nin MDB ölkələri üzrə şöbəsinin sədri seçilmişdir. (Qeyd edək ki, I forumun keçirilməsi Bakıda nəzərdə tutulmuşdu, lakin bizim Ermənistandan olan nümayəndənin Bakıya gəlməsinə etiraz etdiyimiz üçün tədbirin Moskvada keçirilməsi qərarlaşdırıldı)
- 4/5/2015 “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi
27-29 aprel 2015-ci il tarixdə koordinatorluğunu etdiyi Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə növbəti görüş keçirilmişdir.
- 20/4/2015 “Biz Hər Şeyə Qadirik”
20.04.2015 tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə, Azərbaycan Diplomatiya Akademiyasının və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə “Əlil İdmançılara Dəstək “ və “İstedadlı Əlillər” İctimai Birlikləri “Biz Hər Şeyə Qadirik” və “ Fiziki məhdudiyyətli istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” layihələri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında əlilliyi olan insanların əl işlərindən ibarət sərgi keçirilmişdir.
















1.jpg)






































