- 8/7/2014 “İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.
Bu gün “İstedadlı Əlillər” ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin təhsil və hüquqi problemlərinin həllinə dair dəyirmi masa keçirtdi.
- 16/6/2014 26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.
İyunun 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki "Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzinə bərpa müalicəsinə yola salınıb.
- ******************************************
https://azertag.az/xeber/1622227
***********************************************
https://azertag.az/store/files/2020/DEKABR/08.12.2020/mudafie_nazirliyi.pdf
******************************************************
https://azerbaijan.un.org/az/sdgs
******************************************
https://www.youtube.com/channel/UC8rOR8zkmYtnFlcBR3ZQCMA
https://www.youtube.com/channel/UC8rOR8zkmYtnFlcBR3ZQCMA/featured
- 19/5/2014 Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitə Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr
Komitə özünün 2014-cü il 1-2 aprel tarixlərində keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycan Hökumətinin ilk hesabatını dinlədi və 2014-cü il 10 aprel tarixli 139-cu iclasında aşağıdakı yekun tövsiyələri qəbul etdi.
- 16/4/2014 Dünya Hemofiliya Günü
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işləri aparır.
Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki, bu gün təntənəli qeyd olunur
- 11/4/2014 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası
Bakı şəhəri, ƏTİ-nin offisi, 11 mart 2014-cü il, saat 15.00
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.
Gündəlik:
2. ƏTİ-nin növbəti ümumi yığıncağı
3. Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planı.
4. Cari məsələlər
- 7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək
"Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihəni həyata keçirir.
- 2/4/2014 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.
qhtxeber.az// BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Autizm-Uşaq İnkişaf Mərkəzi (PRİM) ilə birlikdə 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.
- 05/05/2017 Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XV Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdən əvvəl Birinci Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarına ziyarət olunmuşdur.
Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XV Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdən əvvəl Birinci Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarına ziyarət olunmuşdur.
- 12/3/2014 Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.
Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.
Tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov fəal gənc Sevda Cəfərovanın bu fərdi layihəsinin Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsində qalib gəldiyini deyib. Qeyd edilib ki, diabetli gənclərin cəmiyyətə adaptasiyasında və onların düzgün maarifləndirilməsində bu tip layihələrə böyük ehtiyac var. “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi də eyni qəbildəndir.
- 14/2/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur. İclasda ƏTİ-nin prezidenti Davud Rəhimli 2013-cü ildə görülən işlər barədə məlumat verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ƏTİ üzvlərinin Sumqayıtda fəaliyyət göstərən üzvlərinin bazasında Sumqayıt regional şöbəsi yaradılmışdır. Şöbənin sədri I qrup əlil Samir İmanov təyin olunmuşdur.
İdarə heyəti BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvesiya üzrə paralel hesabat və ondan irəli gələn məsələlər, milli qanunların sözügedən Konvensiyaya uyğunlaşdırılması sahısində görülən işlər barədə məlumatlar dinlənilmişdir.
- 3/2/2014 Sosial Xidmətlər Agentliyi
- 6/12/2013 Beynəlxalq əlillər günü.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və World Vision (Dünyaya Baxış) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)” mövzusunda konfrans keçirilmişdir.














1.jpg)




































