- 19/11/2013 Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair növbəti tədbir Gəncə şəhərində keçirilmişdir
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini uğurla həyata keçirməkdədir.
- 14/11/2013 Ümumdünya Diabet Günü Azərbaycanda
Hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi (2000-ci ildən) Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini -ÜDG-nü kimi xüsusi qeyd edir. Artıq son illərdi ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi ÜDG-nün təşəbbüskarı kimi çıxış edir. İctimaiyyət, dövlət və ictimai qurumlar, Azərbaycan Diabet Liqası bu tədbiri dəstəkləyir.
- 12/9/2013 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir.
02-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir. Sessiyada Azərbaycan, Avstriya, Avstraliya, Salvador, Kosta Rika və İsveçrədən QHT-lər tərəfindən təqdim olunan paralel hesabatların təqdimatları olmuşdur. Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) təqdim etdiyi hesabatın təqdimatını etmiş, aktual məsələlər və onların həlli yolları üzrə təkliflərini təqdim etmişdir.
- 4/9/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi yeni layihənin icrasına başlamışdır
Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.
Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.
- 31/8/2013 "HAMI ÜÇÜN BƏRABƏR HÜQUQLAR VƏ BƏRABƏR İMKANLAR – Müyəssərlik, əlilliyi olan şəxslərin sosial xidmətlərə çıxışı "
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirilməsini davam etdirir.
Fəaliyyət planına uyğun olaraq 29 iyul 2013-cü il tarixdə Qəbələ rayonunda, 30 iyul 2013-cü il tarixdə Oğuz rayonunda
"HAMI ÜÇÜN BƏRABƏR HÜQUQLAR VƏ BƏRABƏR İMKANLAR –
Müyəssərlik, əlilliyi olan şəxslərin sosial xidmətlərə çıxışı "
mövzusunda konfrans keçirilmişdir.
- 26/7/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsi
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirilən, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsinnə dəsdək olaraq, 17 iyul 2013-cü il tarixində,
- 23/7/2013 16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir
16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir. Konfrans ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu (VCF) keçirilmişdir. VCF-u Beynəlxalq Əlil Təşkilatları Birliyi, Əlillər Fondu, Beynəlxalq Əlillər Alyansı, Beynəlxalq əlillər və inkişaf konsorsumu, Beynəlxalq Reabilitasiya təşkilatları ilə birlikdə təşkil olunmuşdur. 20 iyul 2013-cü il tarixdə isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumu keçirilmişdir. Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli bu tədbirlərə ekspert kimi iştirak etmiş və hər iki tədbirdə çıxış etmişdir. Əsas istinad 2015-ci ildən sonra inkişaf proqramıdır.
- 23/7/2013 Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli 16 -20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumunda iştirak etmişdir.

Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli 16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumunda iştirak etmişdir.
- 15/5/2013 *******
Hamı üçün
bərabər hüquqlar
və bərabər imkanlar
Davud RƏHİMLİ :
Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti
- 2/5/2013 Ümummilli lider Heydər Əliyevin əlillərə qayğısı yüksək humanizm nümunəsidir
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə «Əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti və qarşıda duran məsələlər» mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri, professor Mayis Əliyev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctiмai Birliyinin sədri Mehdi Mehdiyev, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin direktoru Şaban Eyvazov və digər əlil birliklərinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində misilisz xidmətlərindən söz açıblar.
- 16/4/2013 17 aprel Ümumdünya Hemofiliya günüdür.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 16 aprel 2013-cü il tarixdə Ümumdünya Hemofiliya günü ilə əlaqədar tədbir təşkil etmişdir. Assosiasiyanın sədri Gülnarə Hüseynova tədbir iştirakçılarına hemofiliya, problemlər və görülən işlər barədə ətraflı məlumat vermiş, film nümayiş olunmuşdur.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova , Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Yeganə Cəfərova , Milli QHT Forumunun idarə heyətinin sədrinin müavini Qorxmaz İbrahimli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sosia Hüquqların Araşdırılması ictimai birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış etmişlər.
Hemofiliyalı xəstələr üçün maraqlı konsert və əyləncə proqramı nümayiş olunmuşdur.





http://www.kepeztv.az/?q=g%C9%











1.jpg)






































