- 21/3/2013 Birləşmiş Millətlər Təşkilatının, 10 Noyabr 2011-ci il tarixli qərarı ilə 21 mart,'' Dünya Down Sindromu Günü'' olaraq tanıdı.
Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur.
- **/
“Əlillərə cəmiyyətdə
münasibət dəyişməlidir”
- 26/2/2013 25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir.
25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayon təşkilatlarının rəhbərləri, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əlil Təşkilatları İttifaqı ( Davud Rəhimli ) əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etmişlər. Müsabiqə iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
- 15/2/2013 15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.
15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür. Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 24-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın Müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət ediblər.
Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak etmişdir. Onlardan 208 nəfər hərbi əməliyatlarda həlak olmuş, 450 nəfər əlil olmuş, 7 nəfər itgin düşmüş, 1400 nəfər isə mülkü işlərdə xidmət etmişdir.
- 25/1/2013 "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 12
Bakı şəhəri, 22 yanvar 2013-cü il
- 03/1/2013 "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmişdir
Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi
Q A Y D A S I
- 26/12/2012 İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub
- 21/12/2012 İctimai Şura növbəti iclasını keçirib

- 14/12/2012 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin GÜLSAM ƏRİB-ə (Ağsu) dəstəyi
ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasında İngilis dilinin Tədrisi Proqramı üzrə 06 Dekabr 2012-ci ildə Avropa Otelinin Bal Zalında könüllülər arasında möhtəşəm and içmə mərasimi keçirilmişdir və həmən tədbirdə Ağsu rayonunda fəaliyyət göstərən “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova iştirak etdi. Eyni zamanda qeyd etmək istəyirik ki, Amerika könüllülərini Azərbaycan mədəniyyət və dəyərləri haqqında məlumatlandırmaq da təlimçinin üzərinə düşür. 07 Dekabır tarixində “GÜLSAM” ƏRİB-in könüllüsü xanım Sarah Wittmann Bakıdan Ağsu rayonuna könüllü dəvət aldığı təşkilat “GÜLSAM” ƏRİB ilə birlikdə müqavilələri əsasında əməkdaşlıqa davam etdirəcəklər. Xanım Sarah Wittmann “GÜLSAM” ƏRİB ilə əməkdaşlıqının səbəbi və məqsədinin açıqlanması, təlim keçəcəyi gənclər ilə tanışlıq məqsədi ilə 15 Dekabr “GÜLSAM” ƏRİB-in hüquqi ünvanında tədbir keçiriləcək və İngilis Dili Kursun açlışını elan edəçək.
- 7/12/2012 “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və
BMT-nin Uşaq Fondunun (UNİSEF) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə
7 dekabr 2012-ci il tarixdə, saat 15.00-da “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Elmira Süleymanova və UNİCEFin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard açmışlar. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Vüqar Həsənov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, UNDPİnin Azərbaycan ofisinin rəhbəri Envera Selimoviç müxtəlif mövzularda çıxış etmişlər. Hökumət, QHT və əlilliyi olan insanlar müzakirələrə qoşulmuşlar. Yekunda bütün təkliflərin ümumiləşdirilərək müvafiq orqanlara göndərilməsi qərara alımışdır.
- 3/12/2012 BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI BAŞ KATİB 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə MÜRACİƏT 3 dekabr 2012
Bu il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir.”
Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq verdikləri töhfələr daha böyük olar. Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır.
- 30/11/2012 “3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar “Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans
BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki, hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir.
- 30/11/2012 Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29/11/2012 Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir
Əlilliyi olan şəxsərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlərin davamı kimi, «2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, noyabrın 29-da Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb.















1.jpg)






































