- 23/12/2022 “2023-cü il qrant müsabiqəsi”mövzularının müəyyənləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.

23 dekabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti ictimai müzakirə keçirib.
- 21/12/2022 Növbəti Azərbaycan Karyera İnkişaf Forumu keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 2-ci dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.“Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
- 18/12/2022 Biz sülh carçılarıyıq.

- 12/12/2022 DAHİ
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.
- 12/12/2022 QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçiləri Laçın yolunda sülhməramlıların yerləşdi ərazidə etiraz aksiyası keçirirlər.
- 6/12/2022 Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
- 3/12/2022 Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
- 1/12/2022 QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsi üzrə yekun maarifləndirmə tədbiri keçirilib.
- 30/10/2022 "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub.
11 oktyabr 2022-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub.
- 28/10/2022 "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin II mərhələsi baş tutdu.

28 oktyabr 2022-ci il tarixində Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin II mərhələsi baş tutdu. Tədbir Respublika Reabilitasiya Mərkəzində həyata keçirildi.
- 27/10/2022 Reabilitasiya kursu keçən müharibə əlilləri ilə növbəti görüş olub -Şağan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən müharibə əlilləri ilə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu, Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli və hərbi ekspert Ədalət Verdiyev iştirak edib.
- 18/10/2022 "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsi

"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.
- 29/9/2022 “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” adlı layihə

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” adlı layihəsi qrafika uyğun 29 sentyabr 2022-ci il tarixində Lənkəran rayonu Mərkəzi Kitabxanasında nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 20/9/2022 “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

”Səssiz Dünya” İşarət dilində danışan əlillərə və İdmançılara dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi vətənpərvərliyin və vətən sevgisinin təbliğində ictimai rolun artırılması və çəkiləcək filmi vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsidir :














1.jpg)






































