- 28/3/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 27/3/2022 Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə yaz tətilində uşaqların vaxtının səmərəli keçirilməsi məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində sağlamlıq imkanları məhdud uşaqlara təlimlərin keçirilməsini davam etdirir.
- 27/3/2022 “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” - Qəbələ

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 18/3/2022 DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
.jpg)
Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.
- 15/3/2022 Əlil Təşkilatları İttfaqının növbəti XVIII ümumi yığıncağı keçirilmişdir.

İdarə heyətinin qərarı ilə 3 nəfərdən ibarət yaradılmış Təşkilat Komitəsinin sədri “Əlilliyi olan şəxslərə dəstək” ictimai birliyinin sədri Təranə xanım Musayeva ümumi yığıncağa hazırlıq işləri barədə məlumat vermiş, 32 təşkilatın nümayəndəsini təqdim etməsini bildirmiş, reqlamenti yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra yetərsayın olduğu bildirilmiş və yığıncağın rəhbər orqanlarının seçilməsini təklif etmişdir.
- 16/3/2022 Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi - Siyəzən
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” adlı layihəsi qrafika uyğun 11 mart 2022-ci il tarixində Siyəzən rayonu Mədəniyyət Evində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 8/3/2022
ƏZİZ XANIMLAR,
SİZLƏRİ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİİBƏTİ İLƏ TƏBRİK EDİRƏM.
ARZU EDİRƏM SU QƏDƏR TƏMİZ,
HƏYAT QƏDƏR CANLI,
ÇİÇƏK QƏDƏR TƏRAVƏTLİ VƏ GÖZƏL OLASINIZ.
BAYRAMINIZ MÜBARƏK!
- 16/2/2022 2022-ci ilin NOVRUZ çərşənbələri
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.
- 15/2/2022 “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
AZE 15 fevral 2022-ci il tarixində “Karlara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Vişeqrad Fondu HumanDoc-un “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
- 15/2/2022 Vətəndaş Cəmiyyəti Forumu - Qlobal Əlillik Sammiti 2022
Hökumətləri, biznesləri, inkişaf mütəxəssislərini və əlilliyi olan insanlar üçün təşkilatları (OPD) bir araya gətirən Qlobal Əlillik Sammiti dünyanın dəyişmək və əlilliyi olan insanları əhatə etmək üçün daha çox iş görmək öhdəliyi üçün mühüm məqamdır. Bu, əlilliyi olan insanların inklüzivliyinin gücləndirilməsi üzrə ikinci qlobal sammitdir və o, 2018-ci ildə Londonda keçirilmiş birinci Qlobal Əlillik Sammitindən sonra əldə edilmiş tərəqqiyə əsaslanacaqdır.
- 15/2/2022 “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi autizm spektri pozuntusu, daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
- 10/2/2022 Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları adlı layihəsi
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları adlı layihəsinin icrasına başlayıb.
- 26/1/2022 Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə hər rayonda 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.
- 22/1/2022 Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.
- Qanunvericilik və hüquqi – normatv sənədlər üzrə monitorinq aparılmışdır.
- Mədəniyyət Nazirliyin tabeliyində olan iki idarədə, Masallı Heydər Əliyev Mərkəzində və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mərkəzləşdirilmiş Baş Kitabxananın girişində monitorinqlər aparılmıdır.
- 15/1/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.













1.jpg)






































