XƏBƏRLƏR




- 11. Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 aprel 2002-ci il
№ 72
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 29 aprel tarixli 72 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Sağlamlıq imkanları məhdud şəxslərin
peşə-ixtisas təhsili müəssisələrinə qəbulu
QAYDASI
1. Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu psixoloji - tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar üçün isə tibbi - sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənədə əsasən həyata keçirilir.
2. Peşə - ixtisas təhsili müəssisələrinə əsas və ümumi orta təhsili başa vuran, xəstəliyinin xüsusiyyətləri seçdiyi peşə üzrə təhsil almağa və işləməyə imkan verən, bacarıq və maraqları nəzərə alınmaqla sağlamlıq imkanları məhdud şəxslər qəbul edilirlər.
Müstəsna hallarda əsas təhsili başa vurmayan, lakin peşə təhsili almaq istəyən şəxslər də peşə məktəblərinə qəbul edilə bilərlər.
Təhsil almaq arzusunda olan şəxslər üçün yaş məhdudiyyəti qoyulmur.
3. Peşə məktəbi və peşə litseylərinə daxil olmaq istəyən sağlamlıq imkanları məhdud şəxslər seçdikləri peşəni göstərməklə, direktorun adına ərizə yazırlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
təhsil haqqında sənədin əsli;
peşə təhsili müəssisəsində oxumaq və seçdiyi peşə üzrə gələcəkdə işləmək imkanının olması barədə psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial-ekspert komissiyasının rəyi;
086/u nömrəli tibbi arayış;
yaşayış yerindən arayış;
3x4 ölçüdə 4 ədəd fotoşəkil.
Pasport (doğum haqqında şəhadətnamə) qəbul komissiyasına şəxsən təqdim edilir.
Təqdim edilən sənədlərə əsasən təhsil müəssisəsinə qəbul edilənin şəxsi işində müvafiq qeydlər aparılır.
Sənədləri qəbul olunan şəxslər dərslərin başlanmasına ən azı 5 gün qalmış təhsil müəssisəsində müsahibədən keçirlər.
Sənədlərin qəbulu peşə məktəbi və peşə litseyləri tərəfindən müəyyən olunmuş müddətlərdə aparılır və dərslərin başlanmasına 5 gün qalmış başa çatdırılır.
4. Sağlamlıq imkanları məhdud şəxslərin peşə məktəbi və peşə litseylərinə qəbulu qəbul komissiyasının qərarına əsasən peşə təhsili müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir.
5. Peşə məktəbinə və peşə litseyinə qəbul olunmayan şəxslərin sənədləri qəbul barədə əmr verildikdən sonra 5 gün müddətinə rəsmi əsaslandırılaraq geri qaytarılır.
6. Sağlamlıq imkanları məhdud şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə ümumi qaydalar əsasında qəbul edilə bilərlər.
7. Peşə-ixtisas təhsili müəssisəsinə qəbul edilən sağlamlıq imkanları məhdud şəxslərin siyahısı məlumat üçün dərslər başlananadək valideynlərinə və ya digər qanuni nümayəndələrinə çatdırılır.
Bu xəbər 3846 dəfə oxunub
























1.jpg)






































