XƏBƏRLƏR




- 26/7/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsi
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirilən, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsinnə dəsdək olaraq, 17 iyul 2013-cü il tarixində, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu ilə birgə “İKT ili” çərçivəsində müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri üçün “Elektron Hökumət həlləri- elektron xidmətlərə çıxış” mövzusunda marifləndirmə təlim seminarı keçirildi.
Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin məqsədi və layihədə qaldırılmış problemlər haqqında şıxış edərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, müharibə əlillərinin və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin Dövlət Proqramının prioritetlərini əhatə edən, Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələrinin onlayın kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək verərək, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Elektron-imza”, Səhiyyə Nazirliyinin “Səhiyyə-sağlamlıq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial-sığorta” və Dövlət Sosial Müdafiəsi Fondunun “Sosial-kart”, “Visa Elektron” bank kartlarından istifadə etmələri üçün maarifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərməkdir.
Sərraf Oruc qeyd edərək bildirdiki, aztəminatlı ailələrin və digər xususi qayğıya ehtiyacı olan (Müharibə veteranı, Şəhid ailələri, Çernobl əlilləri, Gözdən əlillər, Ümumi kateqoriyalı əlillər və xususi qayğıya ehtiyacı olan) vətəndaşların 60 fayizi hələdə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “E-imza”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial-sığorta”, “Sosial-kart” və Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə-sağlamlıq” elektron kartları ilə təmin olunmamışlar. Bu səbəbdəndə, əhalinin əksəriyyəti hələdə, Respublika ərazisini əhatə edən Elektron imza qeydiyyat Mərkəzlərinə müraciət etməklə, elektron imza sertifikatı almaqda və Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəsmi saytlarında yaradılmış elektron idarəetmə və məlumat bazasına daxil olaraq evlərindən birbaşa müraciət edərək elektron formada ərizə və şikayətlərini göndərərək onlayn kargüzarlıq xidmətlərindən istifadə edə bilmirlər. Buna görədə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 mart 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair təsdiq edilmiş tədbirlər planına və həmçinin Müharibə veteranlarının, Şəhid ailələrinin, əlillərin və xususi qayğıya ehtiyacı olan vətəndaşların Mərkəzi İcra Hakimiyyəti orqanlarının, Elektron İnformassiya Xidmət Mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarının onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına köməklik göstərmək məqsədi ilə, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini həyata keçirir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin Müdiri Arif Mailov «Elektron Azərbaycan» Dövlət Proqramının prioritetlərini əhatə edən Azərbaycan Dövlət Qurumları və Məlumat Hesablama Mərkəzi , Milli Sertifikat Xidmətləri Mərkəzinin AÇIQ AÇAR İNFRASTRUKTURU, Elektron imza ( www.e-imza.az) layihəsinin həyata keçirilməsinin əsas istiqamətləri haqqında təlim iştirakçılarına ətaflı məluman verdi.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri Şöbəsinin rəyis müavini Qadir Seyidov Elektron hökumət (e-hökumət ) və Elektron dövlət (e-dövlət) İTK-dən istifadə etməklə dövlət fəaliyyətinin aspektlərinin həyata keçirəməsi haqqında ətraflı məlumat verdi.
Sonra Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin və Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri Şöbəsinin rabitə texnologiyalar üzrə mütəxəsisləri Ruslan Mürsəlov və Rəşid Səmədov təlim iştirakçılarına Elektron Hökumət Mərkəzi, Hakimiyyət Orqanları Mərkəzi, Qeydiyyat mərkəzləri, Korporativ mərkəzlər, Elektron hökumətin əsas fəaliyyət prinsipləri, Elektron hökumətin əhəmiyyəti, Ümumi quruluşu, İnfoportal İstifadəçilər, E-İmza sisteminin dayanlıqlığı, Elektron imza ( www.e-imza.az ) Elektron imza nədir? Elektron imzayılıcı proqramı və onun üstünlükləri, Elektron imzadan istifadə qaydaları, Elektron –imzanın sahələri, E-İmzanin səhiyyədə, bankçılıqda, Biznesdə və iqtisadiyyatda tətbiqi və Mobil İD haqqında ətraflı praktiki izahlı məlimat verdilər.
Təlimdə iştirak edən iştirakçılara, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən pulsuz E-imza kartları və E-imza kartlarının istifadə aparatları təqdim edildi.
Azərbaycan Respublikası Müharibə Veteranlar Şurasının Müharibə və Silahlı Qüvvələr Veteranlar Bölməsinin sədri ehtiyatda olan polkovnik Rasim Muxtarov, Bakı şəhər Müharibə Əmək, Silahlı Qüvvələr və Hüquq Mühavizə Orqanlarının Veteranlar Şurasının sədri ehtiyatda olan polkovnik Azad Əsədov, Müharibə Veteranları Beynəlmiləlçi Hərbiçilər Birliyinin sədri Əzizağa Qəni-zadə, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədrin 1-ci müavini Əbülfət Hüseynov, Azərbaycan Respublikası Milli Qəhramanlarının Gənclərə Təbliği İctimai Birliyinin sədri Məcid Məmmədov və Tərxis olunmuş Hərbiçilərin və Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsinə dəstək verib, Müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğını artırmaq məqsədilə, “İKT ili” çərçivəsində müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri üçün “Elektron Hökumət həlləri - elektron xidmətlərə çıxış” mövzusunda marifləndirmə təlim seminarını təşkil etdiyinə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və adı çəkilən Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin, Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri şöbəsinin rəhbərlərinə və həmçinin bütün əməkdaşlarına təşəkürlərini bildirdilər.
Azərbaycan Respublikası
«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun
Mətbuat Xidməti
Bu xəbər 4346 dəfə oxunub
























1.jpg)






































