25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/4/2014 Ağdam rayonunda 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib


Ağdam rayonunda 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

 

   Aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.
   Yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək xoş arzularını ifadə edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin, müharibə veteranları və əlillərinin, şəhid ailələrinin rifah halının yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. S.Müslümov bildirib ki, ötən ay möhtərəm Prezidentimizin imzaladığı, Fərman və Sərəncamlarla əsasən 86 452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb və bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 mln. manat vəsait sərf olunacaq. İlin sonuna kimi qeyd olunan artımlara 19,0 mln. manat vəsait sərf ediləcəkdir.
   Nazir bildirib ki, bu qayğının davamı kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların  və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə belə şəxslərin ödənişli təhsil alan uşaqları 2014/2015-ci tədris ilindən etibarən ödənişli təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
   S.Müslümov bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib. Belə ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamının yüksək səviyyədə icrası olaraq, son üç həftə ərzində bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən artıq 300 nəfəri avtomobillə təmin edilib, digər növbədə olanların isə avtomobilə təminatının gələn ayın sonunadək başa çatdırılacaq. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər həyata keçiriləcək.
   S.Müslümov vurğulayıb ki, indiyədək artıq 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə aşıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. “Respublika hökumətinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz bəyan etmişdir ki, müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır”-deyə bildirən S.Müslümov bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən edilən vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.
   Əlil və şəhid ailələri dövlət hesabına mənzillə təmin olunmalarını həyatlarının ən sevincli hadisələrindən biri kimi dəyərləndirərək, onlara belə böyük sevinc bəxş etdiyinə və daim hərtərəfli qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2957 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”